AZƏRBAYCAN » SİYASƏT
29 İyul 2021, 14:57 (GMT +4)

Peskov: Azərbaycanla əlaqələrimizə dəyər veririk

Bakı, 29 iyul, SalamNews. Şimali Atlantika Alyansının (NATO) Rusiya sərhədləri yaxınlığındakı fəaliyyəti ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi məcburi edir.

SalamNews -un "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərə verdiyi açıqlamda alyansa üzv 12 ölkənin, həmçinin Azərbaycan, Gürcüstan və Ukraynanın iştirakı ilə Gürcüstanda başlayan "Agile Spirit 2021" təlimlərini şərh edib.

Onun sözlərinə görə, NATO -nun hərəkətləri Rusiyanı öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə məcbur edir.

Kreml rəsmisi Azərbaycanın bu təlimlərdə iştirakına da münasibət bildirib.

“Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla münasibətlərimizə dəyər veririk. Bu tərəfdaş münasibətləridir. Əsas odur ki, təlimlərin ssenarisi ölkəmizə qarşı olmasın. Ssenari NATO tərəfindən yazılıb və ittifaq onların əsas düşməninin kim olduğunu gizlətmir", Peskov bildirib.