AZƏRBAYCAN » SİYASƏT
29 İyul 2021, 15:34 (GMT +4)

Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib

Bakı, 29 iyul, SalamNews. Kremlin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən xəbəri var.

SalamNews -un RİA Novosti -yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, Rusiya nümayəndələrinin atəşkəsin bərpası üçün çox səy göstərdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya İrəvan və Bakı ilə üçtərəfli razılaşmaları həyata keçirmək üçün çalışır.