DÜNYA » HADİSƏLƏR
29 İyul 2021, 15:52 (GMT +4)

Əfqanıstanın Nuristan əyalətində sel daşqınları azı 60 nəfərin ölümünə səbəb olub

Bakı, 29 iyul, SalamNews, B.Samid. Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətinin Kamdeş rayonu güclü sel daşqınlarının şahidi olub.

SalamNews BBC.Fars-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Nuristan əyalətində yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Nuristan əyalətinin Kamdeş rayonunda güclü sel daşqınları azı 60 nəfərin ölümünə və onlarla digərinin itkin düşməsinə səbəb olub.

Əfqanıstanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Əhməd Təmim Əzimi şiddətli sel daşqınlarından onlarla evin dağıldığını və onlarla insanın öldüyünü bildirib.

Əfqanıstanın hökumət mənbələri bölgənin Talibanın nəzarətində olduğundan hadisə yerlərinə yardımların çatdırılmasının çətinliklə baş tutduğunu bildirirlər.