DÜNYA » İDMAN
29 İyul 2021, 15:16 (GMT +4)

"Fənərbaxça" Niderland klubu ilə heç-heçə edib - (VİDEO)

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Türkiyənin "Fənərbaxça" klubu yeni mövsümün hazırlığını davam etdirir.

SalamNews xəbər verir ki, "sarı-lacivərtlilər" yoxlama oyununda Niderlandın "Zvolle" klubu ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, "Fənərbaxça" növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

"Fənərbaxça"- "Zvolle" 2:2

Qollar: Marsel Tisserand, 45, Enner Valensiya, 48 - Mustafa Saymak, 68, Çardi Mpindi Landu, 82