DÜNYA » İDMAN
29 İyul 2021, 15:40 (GMT +4)

Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu müəyyənləşib - (VİDEO)

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

UEFA-nın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Portu"nun hücumçusu Mehdi Tareminin 1/4 finalda "Çelsi" ilə cavab matçında (0:1) vurduğu qol ən yaxşı seçilib. O, görüşdə yeganə qolun müəllifi olub.