AZƏRBAYCAN » İDMAN
29 İyul 2021, 16:00 (GMT +4)

"Qarabağ" millimizin üzvünü transfer edib

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

SalamNews xəbər verir ki, Ağdam təmsilçisi milli komandamızın üzvü Bəhlul Mustafazadəni rənglərinə bağlayıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə ilə 3 illik müqavilə imzalanıb. O, "Qarabağ"da 13 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bəhlul Musatafazadənin son klubu "Sabah" olub.