DÜNYA » İDMAN
29 İyul 2021, 16:27 (GMT +4)

"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - (VİDEO)

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

SalamNews xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu öz meydanında PSV-ni qəbul edib. Qarşılaşma Niderland təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

İlk görüşdə də 5:1 hesablı qələbə qazanan PSV növbəti mərhələyə adını yazdırıb.

 

"Qalatasaray" - PSV 1:2

QOLLAR: Mbaye Dian, 84 - Noni Madueke, 37, Marko van Ginkel, 59