AZƏRBAYCAN » CƏMİYYƏT
29 İyul 2021, 17:52 (GMT +4)

Ucarda toy qaydalarını pozan 6 nəfər cərimələnib

Bakı, 29 iyul, SalamNews. Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan SalamNews-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.