DÜNYA » CƏMİYYƏT
30 İyul 2021, 09:45 (GMT +4)

"THY" yanğın ərazilərinə uçuşu olanlara güzəşt edəcək

Bakı, 30 iyul, SalamNews. "Türk Hava Yolları" (THY) şirkəti Türkiyədə yanğın bölgələrinə uçuşu olanların biletlərini pulsuz dəyişə və ya qaytara biləcəklərini elan edib.

SalamNews xəbər verir ki, bu barədə THY məlumat yayıb.

“Mavi göy üzümüz qaraya boyanır, içimiz yanır. Türk Hava Yolları olaraq yanğın bölgələri üçün uçuşu olan qonaqlarımıza biletləri pulsuz dəyişmək və qaytarmaq hüququ verdik.

Gözəl ölkəmizə keçmiş olsun”, - şirkətin mətbuat müşaviri Yəhya Üstünün açıqlamasında deyilir.