AZƏRBAYCAN » İQTİSADİYYAT
30 İyul 2021, 09:45 (GMT +4)

Bakı metrosunda qatarlar tuneldə qalıb

Bakı, 30 iyul, SalamNews. "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.

SalamNews xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.