DÜNYA » SİYASƏT
30 İyul 2021, 09:49 (GMT +4)

Misirdə “İxvan əl-Muslimin” hərəkatı üzvlərindən 24-ü barədə edam hökmü çıxarılıb

Bakı, 30 iyul, SalamNews, B.Samid. Misirin Ağır Cinayətlər Məhkəməsi ölkədə təqib edilən “İxvan əl-Muslimin” hərəkatı üzvlərindən 24-ü barədə edam hökmü çıxarıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Misirin Buheyra şəhərində Ağır Cinayətlər Məhkəməsi “İxvan əl-Muslimin” hərəkatı üzvlərilə bağlı yeni məhkəmə iclası keçirib.

Məhkəmə 2013 və 2015 -ci illərdə polislərə hücum, təhlükəsizlik qüvvələrini daşıyan avtobusun partladılması və sair işlərdə bağlı hərəkatın 24 üzvünü təqsirli bilib.

Edam hökmü məhkumların bir qisminin olmadığından onlara qarşı qiyabi şəkildə oxunub.

Qeyd edək ki, Misirdə hazırda edama məhkum edilmiş yüzdən çox hərəkat üzvü var. 2012-ci ildə seçkilər yolu ilə hakimiyyətə gəlmiş Məhəmməd Mursi 2013-cü ildə hərbçilər tərəfindən devrildikdən sonra hərəkat üzvlərinin təqibi də geniş vesət alıb.