AZƏRBAYCAN » CƏMİYYƏT
30 İyul 2021, 10:00 (GMT +4)

Naftalan sakinləri “patı” ilə tutulub

Bakı, 30 iyul, SalamNews. Naftalan sakinlərindən “patı” götürülüb.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Oların üzərində şəxsi axtarış keçirilən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.