AZƏRBAYCAN » CƏMİYYƏT
30 İyul 2021, 10:10 (GMT +4)

Zaqatalada restoran icarədarları cərimələnib

Bakı, 30 iyul, SalamNews. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan SalamNews-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı ) barəsində protokollar tərtib olunaraq cərimələniblər.