DÜNYA » SİYASƏT
30 İyul 2021, 10:18 (GMT +4)

ABŞ Ordusu ilə əməkdaşlıq etmiş 2,500 Əfqanıstan vətəndaşı bu ölkədən çıxarılıb

Bakı, 30 iyul, SalamNews, B.Samid. ABŞ 2,500 Əfqanıstan vətəndaşını xüsusi reyslərlə ölkədən çıxarıb.

SalamNews BBC-ə istinadla xəbər verir ki, ABŞ Ordusu vaxtilə onlarla əməkdaşlıq etmiş 2,500 Əfqanıstan vətəndaşını bu ölkədən çıxarıb.

Məlumata görə Əfqanıstan vətəndaşları artıq ABŞ ərazisinə çatıblar.

Onlar müvəqqəti olaraq hərbi bazalarda qalacaq və mühacirət məsələləri həll edildikdən sonra buranı tərk edəcəklər.

Qeyd edək ki, Talibanın ölkə ərazisinin əksər bölgələrini nəzarətə götürməsi və əcnəbi qüvvələrin bu ölkəni tərk etməsi fonunda ABŞ ordusu ilə əməkdaşlıq etmiş 12 min yerli sakinin buradan çıxarılacağı gözlənilir. ABŞ onlardan yalnız 2,500 nəfərinin öz ərazisində qalanını isə Küveyt kimi bir sıra ərəb ölkələrində yerləşdirməyi planlayır.