DÜNYA » CƏMİYYƏT
30 İyul 2021, 10:22 (GMT +4)

Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 30 iyul, SalamNews. Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən PKK terror təşkilatının üzvləri Manisa vilayətinin Turqutlu bölgəsində yaxalanıb.

SalamNews bu barədə yerli mətbuata istinadən xəbər verir.

İlkin məlumatlara görə, şübhəli şəxslər Suriya əsilli iki qardaşdır. Şübhəlilər hüquq -mühafizə orqanları və ölkənin Milli Kəşfiyyat Təşkilatının birgə keçirdiyi əməliyyat zamanı saxlanılıb.

HAzırda ölkədə 42 yanğın nəzarət altına alınıb, Antalya, Mersin və Adana daxil olmaqla 21 qaynar nöqtədə yanğın davam edir.

Adanada baş verən 20 yanğından 6-sının Antalyada 10 yanğından 4 -nün, Mersində 7 yanğından 4 -nün, Osmaniyədə 4 yanğından 3 -nün, Muğlada 4 yanğından 2-nin,  Kayseri və Manisada isə bir yanğının hələ də söndürülmədiyi qeyd edilir.

Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman-Maraş, Kocaeli, Kastamonu, Sakarya, İstanbul, Hatay, Bursa, İzmir, Diyarbakır və Karaman vilayətlərində yanğınlar nəzarət altına alınıb.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraflarında baş verən irimiqyaslı meşə yanğınları nəticəsində 4 nəfər ölüb, 180-dən çox insan yaralanıb.