AZƏRBAYCAN » İDMAN
30 İyul 2021, 10:45 (GMT +4)

Azərbaycanın UEFA reytinqində xalı artıb

Bakı, 30 iyul, SalamNews, R.Nadirli. Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

SalamNews xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın İsraildə"Aşdod"u 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin aktivinə daha 0,250 xal qazandırıb. Bununla da bu mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb. Ölkəmiz 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.