DÜNYA » CƏMİYYƏT
30 İyul 2021, 12:18 (GMT +4)

Türkiyə hökuməti meşə yanğınları ilə bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

Bakı, 30 iyul, SalamNews. Türkiyə Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli bildirib ki, Türkiyədə meşə yanğınları ilə bağlı vəziyyət yaxşılaşır.

Bu barədə SalamNews yerli KİV_lərə istinadən xəbər verir.

"Yanğınlarla bağlı vəziyyət yaxşılaşmaqdadır, hazırda 57 yanğın lokallaşdırılıb", deyə nazir bildirib.

Səlahiyyətlilər yanğınlar nəticəsində 4 nəfərin öldüyünü bildirir.

Türkiyənin bir sıra kurortlarında otellərin qonaqları meşə yanğınları səbəbiylə təxliyə edilib. Son məlumatlara görə, Antalyada baş verən yanğın nəticəsində 180 -dən çox insan xəsarət alıb.