AZƏRBAYCAN » SİYASƏT
30 İyul 2021, 13:10 (GMT +4)

QMİ sədri Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib

Bakı, 30 iyul, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib.

SalamNews xəbər verir ki, QMİ sədri bu barədə özünün feysbukdakı hesabında yazıb.

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada insanların həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq." - deyə QMİ sədri qeyd edib.