DÜNYA » CƏMİYYƏT
30 İyul 2021, 13:47 (GMT +4)

Mevlüt Çavuşoğlu: Yanğınları törətməkdə şübhəli bilinənlər saxlanılıb 

Bakı, 30 iyul, SalamNews. Hazırda yanğın törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.

SalamNews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu mətbuat konfransında açıqlayıb.

Nazir vətəndaşlara dəymiş ziyanın ödəniləcəyini və yardım göstəriləcəyini vurğulayıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli bildirib ki, Türkiyədə meşə yanğınları ilə bağlı vəziyyət yaxşılaşır.

"Yanğınlarla bağlı vəziyyət yaxşılaşmaqdadır, hazırda 57 yanğın lokallaşdırılıb", deyə nazir bildirib.

Səlahiyyətlilər yanğınlar nəticəsində 4 nəfərin öldüyünü bildirir.

Türkiyənin bir sıra kurortlarında otellərin qonaqları meşə yanğınları səbəbiylə təxliyə edilib. Son məlumatlara görə, Antalyada baş verən yanğın nəticəsində 180 -dən çox insan xəsarət alıb.