AZƏRBAYCAN » İDMAN
30 İyul 2021, 13:15 (GMT +4)

Azərbaycan Tokio-2020-də ilk medalını qazanıb

Bakı, 30 iyul, SalamNews, R.Nadirli. Azərbaycan Tokio-2020-də ilk medalı əldə edib.

SalamNews xəbər verir ki, bu, cüdo yarışlarında qeydə alınıb. 78 kq-dan artıq çəki dərəcəsində yarışan qadın idmançımız İrina Kindzerska bürünc medal əldə edib.

O, həlledici görüşdə çinli Xu Şiyana ipponla qalib gələrək bu uğura imza atıb.