AZƏRBAYCAN » İDMAN
30 İyul 2021, 13:40 (GMT +4)

"Qarabağ"ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub

Bakı, 30 iyul, SalamNews, R.Nadirli. "Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

SalamNews xəbər verir ki, bu, Kiprin AEL klubudur. Komanda 2-ci təsnifat mərhələsində "Vlajniya" ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub. Kipr klubu ilk qarşılaşmada da rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 5-i, cavab görüşləri isə avqustun 12-i keçiriləcək. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq.