RUSİYA » SİYASƏT
30 İyul 2021, 14:45 (GMT +4)

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti şərh edib

Bakı, 30 iyul, SalamNews. Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur, Rusiya vəziyyəti normallaşdırmaq üçün müvafiq köməyi göstərməyə hazırdır.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Son vaxtlar Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində insan tələfatına səbəb olan silahlı insidentlərdən ciddi narahatıq. Ölənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik",-bəyanatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi, "deeskalasiya tədbirləri və sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı birgə işlərə başlamaqla" Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşması üçün lazım olan bütün köməkliyi göstərməyə hazır olduğunu bildirib.