AZƏRBAYCAN » SİYASƏT
30 İyul 2021, 15:08 (GMT +4)

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşəcək

Bakı, 30 iyul, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyəyəyola düşməsi üçün hazırlıq işləri gedir.

SalamNews xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyəyə yola düşəcək.

Əlavə məlumat veriləcək.