DÜNYA » SİYASƏT
30 İyul 2021, 17:30 (GMT +4)

KİV: AB məhkəməsi Puçdemonu deputat toxunulmazlığından məhrum edib

Bakı, 30 iyul, SalamNews. Avropa Məhkəməsi Kataloniyanın keçmiş hökumət başçısı Karles Puçdemonu Avropa Parlamentinin deputat toxunulmazlığından məhrum edib. Bu barədə "La Vanguardia" qəzeti məlumat yayıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu ilin mart ayında Avropa Parlamenti (AP) muxtar bölgənin keçmiş liderini və digər iki Kataloniya siyasətçisini deputat toxunulmazlığından məhrum etmişdi.

Amma iyunun əvvəlində Avropa Ədalət Məhkəməsi sədrinin müavini Lüksemburqda AP qərarının icrasını müvəqqəti olaraq dayandırmışdı.