AZƏRBAYCAN » İQTİSADİYYAT
31 İyul 2021, 10:17 (GMT +4)

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

Bakı, 31 iyul, SalamNews. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,5 ABŞ dolları, yaxud 0,66% artıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,86 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.