DÜNYA » CƏMİYYƏT
31 İyul 2021, 10:30 (GMT +4)

Dünyada COVID-19-a yoluxanların sayı 200 milyona yaxınlaşır

Bakı, 31 iyul, SalamNews. Dünyada ümumilikdə 196 553 009 koronavirusa yoluxma halı qeydə alınıb. Sutka ərzində 623 707 COVID-19-a yoluxma aşkarlanıb.

SalamNews xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunur ki, COVİD-19-dan ölənlərin sayı 4.200.412-ə çatıb.

Xatırladaq ki, bir gün əvvəl ÜST-ə 595 149 yoluxma, 8 804 ölüm halı barədə xəbər verilirdi.