DÜNYA » CƏMİYYƏT
31 İyul 2021, 11:02 (GMT +4)

Türkiyədə 85 meşə yanğınından 74-ü söndürülüb

Bakı, 31 iyul, SalamNews. Türkiyə yanğınsöndürənləri ölkədə davam edən 85 meşə yanğınından 74 -nü söndürməyə nail olub.

SalamNews xəbər verir ki, bu barədə respublikanın Kənd Təsərrüfatı və Meşəçilik Naziri Bəkir Pakdemirli  "Twitter" səhifəsində yazıb.

"Qəhrəmanlar böyük fədakarlıqla yanğınları havadan və torpaqdan söndürdülər. Dəstəyinizə görə minnətdarıq. 2021 -ci il iyulun 28 -dən 30 -dək olan dövrdə 85 meşə yanğından 74 -ü nəzarət altına alınıb", nazirlik rəhbəri yazıb. 

Nazirin paylaşdığı cədvələ görə, hazırda Adana, Antalya, Mersin, Muğla və Osmaniyə vilayətlərində yanğınlar davam edir.