DÜNYA » SİYASƏT
31 İyul 2021, 10:47 (GMT +4)

Taliban Əfqanıstanın şərqində ən böyük şəhər olan Hərata hücuma keçib

Bakı, 31 iyul, SalamNews, B.Samid. Taliban silahlıları iki gündür Hərat şəhəri istiqamətində şiddətli hücumlar həyata keçirirlər. Şəhəri digər bölgələrlə birləşdirən hava nəqliyyatı da dayanıb.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, Taliban silahlılarının bir neçə istiqamətdən Hərata hücumu nəticəsində şəhəri digər bölgələrə birləşdirən hava nəqliyyatı da dayanıb. Məlumata görə ötən gündən Hərat hava limanından uçuşlar tam dayanıb.

Talibanın hücumu nəticəsində şəhərdə BMT-nin nümayəndəyində iki nəfər həyatını itirib.

Hazırda qarşıdurmalar şəhərin cənub rayonlarında davam edir.

Hökumət mənbələri Taliban sıralarında çoxlu Pakistan vətəndaşlarının olduğunu bildirirlər.

Qeyd edək ki, Taliban hərəkatı son 4 ayda Əfqanıstanda yüzdən çox rayon mərkəzini nəzarətə götürüb. Hərəkat iddia edir ki, Əfqanıstanın qonşu ölkələrlə sərhədlərinin 90 faizini nəzarətdə saxlayır. Hərəkat eyni zamanda Dohada sülh danışıqlarına hazır olduğunu bildirir.