DÜNYA » SİYASƏT
31 İyul 2021, 11:27 (GMT +4)

Bezos dünyanın ən varlı adamı olmaq statusunu itirib

Bakı, 31 iyul, SalamNews. "Amazon"un qurucusu Jeff Bezos, şirkətin səhm dəyərinin düşməsi səbəbindən 24 saat ərzində təxminən 14 milyard dollar itirərək dünyanın ən varlı adamı olmaq statusunu itirib. Bu barədə "Forbes Real-Time" məlumat yayıb.  

SalamNews bu barədə "Gazeta.Ru"ya istinadən xəbər verir.

Sərvəti 192,4 milyard dollar olaraq qiymətləndirilən Bezos 6,76 faiz və ya 13,9 milyard dollar itirib.

İndi siyahıda birinci yerdə "Louis Vuitton Moët Hennessy" (LVMH) sahibi Bernard Arno dayanır.

"Forbes"un məlumatına görə, onun sərvəti 192,9 milyard dollardır.

Üçüncü yerdə "SpaceX" kosmik şirkətinin qurucusu və "Tesla" şirkətinin baş direktoru İlon Mask qərarlaşıb. Onun sərvəti 179,4 milyard dollara çatıb.