AZƏRBAYCAN » MƏDƏNİYYƏT
31 İyul 2021, 11:37 (GMT +4)

Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif edib

Bakı, 31 iyul, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.