DÜNYA » SİYASƏT
31 İyul 2021, 12:18 (GMT +4)

İŞİD İraqda yas məclisinə hücum edib, azı dörd ölü var

Bakı, 31 iyul, SalamNews, B.Samid. İŞİD terror təşkilatı İraqın Səlahəddin əyalətinin Yəsrib rayonunda yas məclisinə hücum edib.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, Yəsrib rayonunda tanınmış bölgə simalarından birinin yas məclisinə İŞİD tərəfindən hücum edilib.

İŞİD bu hücumda yas məclisinin təhlükəsizliyini təmin edən polis qüvvələrindən üçünü öldürüb və daha bir mülki şəxs həyatını itirib.

Bu hücumda daha dörd nəfər yaralanıblar.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2018-ci ildə nəzarətində olan bütün coğrafi əraziləri itirib və ölkədə gizli sığınacaqlarına çəkilib.