DÜNYA » HADİSƏLƏR
31 İyul 2021, 13:30 (GMT +4)

Putin və Ərdoğan Türkiyədəki yanğınlarla bağlı mövcud vəziyyəti müzakirə edib

Bakı, 31 iyul, SalamNews. Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Türkiyədəki meşə yanğınları ilə bağlı mövcud vəziyyəti müzakirə edib.

“Türkiyənin cənub bölgələrində baş verən meşə yanğınları nəticəsində yaranan fövqəladə vəziyyət müzakirə edilib. Bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilib. Vladimir Putin, Rusiyanın yanğınların söndürülməsi ilə mübarizədə  Türkiyəyə  hərtərəfli kömək göstərməyə davam edəcəyini bildirib", - Kremlin mətbuat xidməti bildirib.

Ərdoğan dəstəyə görə Putinə təşəkkür edib.

SalamNews xəbər verir ki, telefon söhbətində həmçinin Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri müzakirə edilib.