DÜNYA » İDMAN
31 İyul 2021, 13:52 (GMT +4)

Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

Bakı, 31 iyul, SalamNews, R.Nadirli. Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb.

SalamNews xəbər verir ki, oxatma üzrə kişilərin fərdi yarışında Mete Qazoz hər kəsi qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, hazırda Türkiyənin 3 medalı var. Bunlardan 1-i qızıl 1-i gümüş, 1-i bürüncdür.