DÜNYA » HADİSƏLƏR
31 İyul 2021, 15:43 (GMT +4)

Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

Bakı, 31 iyul, SalamNews. ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarına güc tətbiqinə görə Kuba hökumətinə qarşı sanksiyaları genişləndirəcəyini istisna etməyib.

SalamNews xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Kubada gözləmədiyim köklü dəyişikliklər baş verməsə sanksiyalarıb sayı çoxalacaq", - deyə  Bayden ABŞ-dakı Kuba diasporunun nümayəndələri ilə görüşdə deyib.