DÜNYA » SİYASƏT
31 İyul 2021, 15:02 (GMT +4)

Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

Bakı, 31 iyul, SalamNews, B.Samid. Əlcəzair Səudiyyə Ərəbistanın əl-Ərəbiyyə telekanalının lisenziyasını ləğv edib.

SalamNews xəbər verir ki, bu barədə Əlcəzairin rəsmi dövlət agentliyi ölkənin Rabitə və İnfirmasiya Texnologiyaları Nazirliyinin mənbələrinə istinadla məlumat verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanın əl-Ərəbiyyə telekanalının lisenziyası ləğv edilib.

Əlavə edilib ki, bu addım telekanalda əsassız və azdırıcı xəbərlərin yayımına görə atılıb.