DÜNYA » SİYASƏT
31 İyul 2021, 16:24 (GMT +4)

İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

Bakı, 31 iyul, SalamNews, B.Samid. İranda Qurban və Qədir-Xum bayramları münasibətilə 2,825 məhbus əfv edilib və ya cəzaları yüngülləşdirilib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sədri Möhseni Əjei Qurban və Qədir-Xum bayramları münasibətilə bir qrup məhbusun əfv edilməsi və ya cəza müddətlərinin azaldılması ilə bağlı İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneiyə məktub ünvanlayıb.

Ayətullah Xamenei də öz növbəsində Qədir-Xum və Qurban bayramları münasibətilə ölkədə 2,825 məhbusun əfvi və cəza müddətlərinin azaldılması ilə bağlı razılığını bildirib.

Qeyd edək ki, İranda adətən Novruz bayramı, Məhəmməd Peyğəmbərin mövludu, məbəs günü, 12-ci imamın mövludu, Fitr və sair dini və milli bayramlarda əfv sərəncamları imzalanır.