AZƏRBAYCAN » HADİSƏLƏR
31 İyul 2021, 16:45 (GMT +4)

Bakıda iki avtomobil toqquşub, ölən var

Bakı, 31 iyul, SalamNews. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin iyulun 1-dək 183 milyard kubmetr təbii qaz hasil edilib.Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis tərəfindən araşdırma aparılır.