AZƏRBAYCAN » İDMAN
03 Avqust 2021, 00:48 (GMT +4)

"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Azərbaycanı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda təmsil dən Şəhriyar Məmmədyarov 8-ci mərhələsində növbəti görüşlərini keçirib.

SalamNews xəbər verir ki, 36 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, 7-ci turda Alireza Firuzca (FIDE) ilə ağ, 8-ci turda ABŞ təmsilçisi Uesli So ilə qara, 14-cü turda Levon Aronyanla ağ, sonuncu - 15-ci turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov "8-lik"də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb. 14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.

"Chessable Masters"

11-ci tur

Jorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

12-ci tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0,5:0,5

13-cü tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

14-cü tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

15-ci tur

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.