AZƏRBAYCAN » İDMAN
03 Avqust 2021, 13:45 (GMT +4)

"Kəpəz" klubu hazırlığa başlayıb

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. “Kəpəz” bu gündən yeni mövsümün hazırlığına start verib.

SalamNews xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın ilk məşqi süni örtüklü meydançada olub. Çalışmalarda "sarı-göylər"in yeni transferləri də iştirak edib.