DÜNYA » SİYASƏT
03 Avqust 2021, 14:51 (GMT +4)

ABŞ Konqresini müdafiə edən dörd zabit intihar edib

Bakı, 3 avqust, SalamNews. Yanvarın 6-da baş verən hücumda ABŞ Konqresini müdafiə edən dörd zabit intihar edib. SalamNews Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat yayıb.

Məlumata görə, veteran Günter Haşida ötən həftə, iyulun 29 -da yaşadığı mənzildə ölü tapılıb. Müayinə zamanı onun intihar etdiyi məlum olub. Günter 2003 -cü ildən Xüsusi Əməliyyatlar Şöbəsinin (MPD) Təcili Yardım qrupunda xidmət edirdi. 

2016 -cı ilin noyabrında MPD -yə qoşulan zabit Kayl Defreytaq iyulun 10-da intihar edib.

Kapitol polis zabitləri Hovard Libengud və Jeffri Smit də bu ilin yanvar ayında intihar ediblər.