AZƏRBAYCAN » İDMAN
03 Avqust 2021, 23:15 (GMT +4)

"Neftçi" Finlandiya klubu ilə heç-heçə edib

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

SalamNews xəbər verir ki, paytaxt klubu evdə Finlandiya HİK-i ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən oyun 21:00-da başlayıb

Komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

3 avqust

21:00. "Neftçi" (Azərbaycan) - HİK (Finlandiya)  2:2
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Şon Karr, Yuan Anderson
Bakı, "Bakcell Arena"