DÜNYA » SİYASƏT
03 Avqust 2021, 14:06 (GMT +4)

İsrail Avropa İttifaqı rəsmilərinin İran prezidentinin andiçmə mərasiminə qatılmasını qınayıb

Bakı, 3 avqust, SalamNews, B.Samid. İsrail Avropa İttifaqının bir sıra yüksək rəsmilərinin İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılmasını qınayıb.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin ərəbdilli sözçüsü Hassan Kabiya açıqlama verib.

O rəsmi tvitter səhifəsi vasitəsilə Aİ rəsmilərinin İran prezidentinin andiçmə mərasiminə qatılmasını qınayıb və bunu gözlənilməz hadisə hesab edib.

Qeyd edək ki, iki gün sonra keçiriləcək andiçmə mərasiminə 70 dövlətin rəsmisi o cümlədən 10 dövlət başçısı qatılacaq.

İbrahim Rəisi bu gündən etibarən rəsmən vəzifəsinin icrasına başlayıb.