AZƏRBAYCAN » İDMAN
03 Avqust 2021, 14:30 (GMT +4)

Qurban Qurbanov: “Qarabağ” AEL-i də məğlub etməlidir” – (VİDEO)

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində AEL-lə oyun öncəsi açıqlama verib.

SalamNews xəbər verir ki, o deyib ki, heyətdə problem olsa da, Kipr təmsilçisini mübarizədən kənarlaşdırmalıdırlar: “AEL ciddi rəqibdir, 20 legioneri var. Kipr klubu tam təhlil olunacaq. Komandamızın heyətində problem movcuddur, zədəli futbolçularımız çoxdur. Buna baxmayaraq, bu rəqibə də qalib gəlməliyik”.