AZƏRBAYCAN » İDMAN
03 Avqust 2021, 14:50 (GMT +4)

“Sabah”la “Qəbələ” yoxlama oyunu keçirəcək

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Yeni mövsümə hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq.

SalamNews xəbər verir ki, komanda “Qəbələ” ilə qarşılaşacaq. Görüş avqustun 7-də saat 19:00-da “Bank Respublika Arena”da oynanılacaq.

“Sabah” mövsümlərarası fasilə dövründə “Zirə” (0:0), “Keşlə” (1:2), “Şukura” (1:0), “Samqurali” (0:1), “Telavi” (1:3) və “Saburtalo” (1:1) klublarıyla yoxlama oyunları keçirib.