RUSİYA » SİYASƏT
03 Avqust 2021, 15:15 (GMT +4)

Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur

Bakı, 3 avqust, SalamNews. Rusiya Xarici İşlər Nazirliyi Estoniya diplomatik missiyasının əməkdaşını qarşılıqlı prinsip əsasında persona non qrata elan edib. SalamNews -un RT -yə istinadən  verdiyi xəbərə görə, bu iyulun 15-də Estoniya Xarici İşlər Nazirliyi rus diplomatı ölkədən çıxarmasından sonra baş verib.

Moskva Tallini dayanmağa və həddindən artıq gərginləşən münasibətləri daha da mürəkkəbləşdirməməyə çağırıb.

Rusiya XİN xatırladıb ki, iyulun 7-də Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatte "casusluq əməliyyatı zamanı cinayət başında tutulduğu" üçün persona non-qrata elan edilmişdi.

"Estoniyaya bu epizod ətrafında vəziyyətin Tallin tərəfindən daha da gərginləşməsinin qaçılmaz cavab addımlarına səbəb olacağı barədə xəbərdarlıq edilmişdir", XİN-nin açıqlamasıdna deyilir.

Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre nazirliyə çağırılaraq ona kəskin şəkildə etiraz bildirilib və nota təqdim olunub.