DÜNYA » SİYASƏT
10 Avqust 2021, 15:47 (GMT +4)

İŞİD İrandan İraqa elektrik enerjisini nəql edən xətti yenidən hədəfə alıb (FOTO)

Bakı, 10 avqust, SalamNews, B.Samid. İŞİD terror təşkilatı yenidən İraqı elektrik enerjisi ilə təmin edən xətti hədəfə alıb.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Enerji Nazirliyi mənbələri məlumat veriblər.

Bildirilib ki, İŞİD terror təşkilatı Kərkükdə yenidən elektrik enerjisini təmin edən xəttə hücum edib.

Burada azı yeddi elektrik dirəyinin partladılaraq sıradan çıxarıldığı bildirilib.

Qeyd edək ki, son iki ayda İraqın Nineva, Diyala və Kərkük əyalətləri intensiv olaraq İrandan İraqa elektrik enerjisini daşıyan xəttlərə hücumların şahididir.