DÜNYA » SİYASƏT
21 Avqust 2021, 11:51 (GMT +4)

Taliban qurulacaq hökumətin bəzi xüsusiyyətlərini açıqlayıb

Bakı, 21 avqust, SalamNews, B.Samid. Gələcək hökumət Şura tərəfindən idarə edilə bilər.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bunu Talibanın yüksək çinli nümayəndəsi Vəhidulla Haşimi deyib.

Hazırda Əfqanıstanda gələcək hökumətin təşkili üçün danışıqların getdiyini bildirən Taliban nümayəndəsi bu hökumətin xüsusi Şura tərəfindən idarə edilə biləcəyini deyib.

Eyni zamanda Talibanın müzakirəçi qrupunun sözçüsü Suheyl Şahin bildirib ki, bu hökumət ümumşumul olacaq.

O əlavə edib ki, hazırda Taliban cərgəsində olmayan digər siyasətçilərlə də danışıqlar aparılır.

Qeyd edək ki, Taliban nümayəndələri ölkənin tanınmış siyasi simaları Hamid Kərzəy, Abddulla Abdulla və Gülbəddin Hikmətyar la da görüşüblər. Lakin Pəncşir əyalətinə sığınan siyasətçi və hərbçilər Talibanın vədlərinin aldadıcı olduğunu bildirərək, hərəkata qarşı hərbi cəbhəni təşkil etməkdədirlər.