AZƏRBAYCAN » İQTİSADİYYAT
26 Avqust 2021, 14:15 (GMT +4)

Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

Bakı, 26 avqust, SalamNews. Naxçıvan Muxtar Respublikasında internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə monitorinqlərə başlanılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən SalamNews-a verilən məlumata görə, qurumun səlahiyyətli mütəxəssislərinin iştirakı ilə Şərur və Kəngərli rayonlarında monitorinqlər aparılır.

Monitorinqlər zamanı rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, internet qırılmalarına səbəb olan yararsız kabellər aşkar edildiyi təqdirdə rayon rabitə idarələrinin əməkdaşları tərəfindən yeni kabellərlə əvəz edilir, internet xətlərində yaranan nasazlıqlar aradan qaldırılır. Monitorinqlər zamanı müasir standartlara cavab verən siqnal ölçmə cihazından istifadə edilir. Monitorinqlər digər rayonları da əhatə edəcək.