DÜNYA » SİYASƏT
04 Sentyabr 2021, 16:51 (GMT +4)

İran və İraq hökumətləri müctəhid Məhəmməd Səid Həkimin vəfatı ilə bağlı başsağlığı veriblər

Bakı, 4 sentyabr, SalamNews, B.Samid. İran və İraqın Xarici İşlər Nazirlikləri taınmış müctəhid Ayətullah Məhəmməd Səid Həkimin vəfatı ilə bağlı başsağlığı veriblər.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu ölkənin XİN-i müctəhid Ayətullah Məhəmməd Səid Həkimin vəfatı ilə bağlı başsağlığı verib.

İraq hökumətinin bir sıra hazırki nazirləri və müxtəlif dövlət adamları da müctəhidin vəfatı ilə bağlı başsağlığı veriblər.

Müctəhidlərdən Ayətullah Sistani, Bəşir Nəcəfi, Cəfər Subhani, Məkarim Şirazi və sair din alimlərinin dəftərxanaları da başsağlığı bəyanatı yayıblar.

Qeyd edək ki, İraqda yaşayan təqlid mərcələrindən olan müctəhid Ayətullah Məhəmməd Səid Həkimin Azərbaycanda da müqəllidləri var. Müctəhid dünən 87 yaşında vəfat edib. Mərhum müctəhid Kərbəlada dəfn olunub.