DÜNYA » SİYASƏT
09 Sentyabr 2021, 12:43 (GMT +4)

Səudiyyə Ərəbistanı Yəməndən hücuma keçən üç PUA-nın qarşısını aldığını bildirib

Bakı, 9 sentyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı Ənsarulla hərəkatının üç PUA-sını vurduğunu bildirib.

SalamNews əl-Hədas telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi kaolisiyası məlumat yayıb.

Bildirilib ki, husilərin Yəməndən atdığı üçüncü PUA bu gün Xams-Mşit bölgəsi səmasında vurulub.

Qeyd edək ki, husilər ötən həftənin bazar günü Səudiyyə Ərəbistanın şərqində olan neft təsisaltlarını PUA və ballistik raketlərlə hədəfə almışdılar.

Səudiyyə Ərəbistanı və başçılıq etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.